Yaxın illərdə İranda demokratiya qalib gələcək - ÖZƏL
12 Sentyabr 2022 12:22 Siyasət"Sovet rejimi bu günkü fars-molla rejimindən də qat-qat avtoritar bir rejim idi. Ancaq buna baxmayaraq o dağıldı. İnanıram ki, İranda da bu molla rejimi tezliklə dağılacaq".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, tarixi əsərlər müəllifi Cahangir Hüseynov səsləndirib. Onun sözlərinə görə, daha yaxşı olar ki, bu demokratik şəraitdə baş versin: "Ərazisində yaşayan xalqlara azadlıq versin. Hər bir millətin dilinə, adət-ənənəsi, mədəniyyətinə qovuşmağa icazə versin. Yoxsa din pərdəsi adı altında insanları cahillikdə birləşdirmək XXI əsrə aid deyil. İnanıram ki, yaxın illərdə İranda da demokratiya qalib gələcək. Mən buna tam əminəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31