Deputatlarımız AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının sentyabrın 12-dən 19-dək keçiriləcək komitə iclaslarında iştirak edəcəklər. Olaylar xəbər verir ki, AŞPA-nın Siyasi işlər və demokratiya, Monitorinq və Bərabərlik və qeyri-diskriminasiya komitələrinin iclasları Fransanın Paris şəhərində, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası isə Yunanıstanın  Afina şəhərində keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31