Sahibə Qafarova Özbəkistan mediasına müsahibə verib
10 Sentyabr 2022 11:08 SiyasətÖzbəkistanın Daşkənd şəhərində keçirilən Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova burada yerli kütləvi informasiya vasitələrinə müsahibə verib. Olaylar xəbər verir ki,
Milli Məclisin sədri sammitin əhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə media nümayəndələrinin suallarını cavablandırıb. Parlamentin sədri Azərbaycan və Özbəkistan arasında münasibətlərin dinamik inkişafı, tərəflər arasında bir çox sahələri əhadə edən geniş əməkdaşlıq, həmçinin, iki ölkənin parlamentləri arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31