Siyasi partiyanın fəaliyyətinə müdaxiləyə yol verilməyəcək - Özəl

Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verəcək. "Olaylar" xəbər verir ki, bu "Siyasi partiyalar haqqında" yeni qanun lahihəsində əksini tapıb. Sənədə əsasən hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət təminatınə gəldikdə isə siyasi partiyalara maliyyə yardımı göstəriləcək, yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilməyəcək. Siyasi partiyalar hüquqlarının və qanuni mənafelərinin pozulması ilə bağlı inzibati və məhkəmə qaydasında şikayət verə biləcəklər. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə biləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31