Bu, Azərbaycan tərəfinin növbəti humanitar addımı kimi dəyərləndirilməlidir- QHT sədri-Özəl

"Məlum olduğu kimi erməni hərbçilərinin geri qaytarılması məsələsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistan rəhbərliyi arasında da müzakirə olunmuşdu. Azərbaycan isə 44 günlük Vətən müharibəsindən qalib bir ölkə kimi çıxıb". Bunu "Olaylar"a İslahatçı Qadınlar və İnnovasiayalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib. İctimai Birlik sədri qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. Azərbaycan xalqı da tolerant və sülhpərvər xalqdır. Bütün bunlara rəğmən 5 erməni hərbçisinin Ermənistana qaytarılması onu göstərir ki, Azərbaycan bilrəkdan, yaxud bilməyərəkdən onun ərazi bütövlüyünü, dövlət sərhədini pozmuş şəxslərə qarşı belə məhkəmə qərarından sonra humanizm nümayiş etdirə bilir. Bu, Azərbaycan tərəfinin növbəti humanitar addımı kimi dəyərləndirilməlidir. Azərbaycan bununla təczvüzkar dövlətə sülh və əminamanlıq şəraitində yaşamağın mümkünlüyü mesajını verib və sülh müqaviləsinin imzalanması istiqamətində real addım atıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31