Beynəlxalq Qarabağ Forumu Koordinasiya Şurasının onlayn formatda növbəti iclası keçirilib - ÖZƏL

Beynəlxalq Qarabağ Forumunun Koordinasiya Şurası növbəti iclasını keçirib. "OLAYLAR"-a daxil olan xəbərə görə, BQF-nin Rusiya təmsilçisi Elşən İbrahimovun moderatorluğu ilə keçirilən iclasda görülmüş işlər barədə məlumat verilib, aktual beynəlxalq məsələlər müzakirə olunub, gələcək toplantılarda gündəmə gətiriləcək mövzular barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Akif Nağı, Ziya Zakir Acar, Cafer Dal, Sözer Akyıldırım, Elşən İbrahimov, Gürsoy Solmaz, Novruz Novruzov, Boran Əzizli, Şamil Mehdi, Burzu Qılıncxanov, Rafail Qəribov və digərləri iştirak ediblər. Qeyd edilib ki, respublikamızın yerləşdiyi region, xüsusilə tarixi torpaqlarımız, abidələrimiz və işğaldan azad edilmiş rayonların inkişafı ilə bağlı mövzulara üstünlük verilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31