Dünya liderləri İlham Əliyevi təbrik edir - Yeni
26 May 2022 11:39 SiyasətNiderlandın Kralı Villem-Aleksand Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramının - Müstəqillik Gününün yaratdığı bu xoş fürsətdən istifadə edərək, Sizə təbriklərimi və Azərbaycan xalqının firavan gələcəyinə dair ən xoş arzularımı çatdırıram".
***
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Olaylar.az bildirir ki, təbrik məktubda belə deyilir:
"Zati-aliləri, əziz qardaşım.
Qardaş Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Uca Tanrıdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə Sizin müdrik rəhbərliyinizlə təhlükəsizlik və sabitlik yolunda daha böyük tərəqqi və firavanlıq diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan möhkəm dostluq və həmrəylik tellərindən məmnunluğumu ifadə edir, müxtəlif sahələrdə əməkdaşlığımızı dəstəkləməyə, qarşılıqlı maraqlarımıza xidmət edən əlaqələrimizi qardaş xalqlarımızın mənafeyi naminə inkişaf etdirməyə hazır olduğumu bildirirəm.
Həmçinin ümumi maraqlar, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək digər məsələlərlə bağlı məsləhətləşmələrimizi beynəlxalq platformalarda, o cümlədən hazırda sədrliyini layiqincə yerinə yetirdiyiniz Qoşulmama Hərəkatında davam etdirməyə hazır olduğumu bir daha vurğulamaq istəyirəm.
Zati-aliləri cənab Prezident, əziz qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.
Diplomatik münasibətlərimizin qurulmasından ötən 30 il ərzində ölkələrimiz müxtəlif sahələrdə dostluğa əsaslanan tərəfdaşlıq münasibətləri qurmuşdur. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə, mövcud dostluğun daha da möhkəmləndiriləcəyinə əminəm.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və gələcək işlərinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm".
***
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar diləyir, Azərbaycana və onun xalqına daha böyük tərəqqi, həmrəylik və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələrimizin inkişaf etməsini arzulayıram.
Xahiş edirəm, ən xoş arzularımı qəbul edin".
***
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.
Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq".
***
İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, mətndə deyilir:
"Cənab Prezident.
Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram"
***
Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Dövlətinizin gücləndirilməsində, xalqınızın rifah halının yaxşılaşdırılmasında, ölkənizin beynəlxalq aləmdə təşviqində Sizin töhfələriniz olduqca böyükdür. Qardaş Azərbaycanın və onun xalqının Sizin rəhbərliyinizlə bundan sonra da inkişaf etməsini arzulayıram.
Ölkələrimiz arasında mehriban qonşuluğa və ümumi mənəvi ənənələrə söykənən münasibətlər Sizinlə birgə əməkdaşlığımız nəticəsində strateji səviyyəyə yüksəlib və hərtərəfli inkişaf etməkdədir.
Əminəm ki, ölkələrimiz arasında münasibətlər Sizin fəal səylərinizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Qarşılıqlı etimada və hörmətə söykənən şəxsi münasibətlərimizi yüksək dəyərləndirərək, həmin münasibətlərin bundan sonra da davam edəcəyinə əminəm.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsul vəzifənizdə uğurlar, nəcib təşəbbüslərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram".
***
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan çoxillik əlaqələri yüksək qiymətləndirir, qarşıdakı illərdə də dost xalqlarımızın ümumi mənafeyi naminə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində maraqlı olduğumu vurğulamaq istəyirəm.
Zati-aliləri, Sizə ən xoş arzularımı çatdırır, dost Azərbaycan xalqına isə daha xoşbəxt və firavan gələcək diləyirəm".
***
Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram.
Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı çox yaxşı münasibətləri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
***
Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda qeyd edilib:
"Cənab Prezident.
Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.
Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".