Azərbaycanda saxlanılan erməni əsgəri bu həftə Ermənistana təhvil veriləcək
25 May 2022 16:09 SiyasətAzərbaycan sərhədçiləri tərəfindən saxlanılan, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə təhvil veriləcək.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, erməni hərbi qulluqçusu bu həftə Ermənistan tərəfə təhvil veriləcək.
Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan ərazisinə keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31