“Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilib
24 May 2022 15:34 SiyasətPrezident İlham Əliyev "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Peşə təhsili haqqında" Azərbaycan Respublikası Qanununun 10.11-ci maddəsi aşağıdakı redaksiyada verilir:
"10.11. Dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd verilir.".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31