Vilayət Eyvazov polkovniki yüksək vəzifəyə təyin etdi
24 May 2022 14:17 SiyasətDaxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Olaylar.az "Report"a istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Ələkbər Xələfov Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ə.Xələfov bu təyinata qədər həmin İdarədə şöbə rəisi vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31