Deputatımız Türkiyədə səfərdədir
24 May 2022 11:33 SiyasətMilli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. MM-dən "Olaylar"a verilən məlumata görə, deputatımız Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Əskişəhər Osmanqazi Universitetində Azərbaycan İqtisad Universitetinin incəsənət dərnəklərinin iştirakı ilə keçiriləcək Azərbaycan mədəniyyət və incəsənət günlərində iştirak edəcək. Fazil Mustafa burada ölkəmizin mədəniyyətinin Türkiyə vilayətlərində, xüsusilə də gənclərin üstünlük təşkil etdiyi universitetlərdə yaxından tanınması, Azərbaycanla bağlı məlumatlılığın artırılması üçün keçirilək mərasimlərə qatılacaq. Səfər mayın 26-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31