QHT Televiziyası yaradılmalıdır
24 May 2022 10:34 Siyasət"33 Şəhidimizdən bəhs "Şəhidlər ölməz, Vətən bölünməz" kitabının təqdimatını işıqlandırmaq məqsədilə bəzi telekanallara məktub vasitəsilə müraciət etdik. Susqunluq göstərən həmin telekanalların belə mövzuları işıqlandırmaq maraq dairısində olmadığı aydın oldu. Deyəsən, bu zavallıların maraq dairəsində cəmiyyətə, ailə institutlarına zərbə vuran qeyri peşəkar hazırlanan şou verilişlərdir. Bunun fəsadları isə zaman keçdikcə hiss olunacaq. Cəmiyyətin düşməni həm də riyakarlıqdır". "Olaylar" xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib ki, layihə ilə bağlı bəzi məqamları qeyd etmək istərdim: "Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin "Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi" layihəsi çərçivəsində 33 Şəhidimizdən bəhs edən "Şəhidlər ölməz, Vətən bölünməz" kitabını çap etdirmək gerçəkdən qürurvericidir. Bu layihə dövründə bizə informasiya dəstəyi göstərən bütün dostlara, internet saytlarına, bir sözlə əməyi keçən hər kəsə dərin TƏŞƏKKÜRÜMÜ çatdırıram.
Yekunda QHT sektorunun inkişafı ilə bağlı qısaca olaraq fikrimi bildirmək istərdim. Dövlət olaraq, cəmiyyət olaraq QHT sektorunun maliyyə çevrəsinin genişlənməsi üzərində düşünüb, praktiki addımlar atılmalıdır. Çünki maliyyə çevrəsi Vətəndaş Cəmiyyətinin bir çox problemlərini həll edəcək. Digər bir təklifim ondan ibarətdir ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT Televiziyasının yaradılması istiqamətində düşünməlidir".