"Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətləri, strateji səviyyəyə yüksəldir"
23 May 2022 20:07 Siyasət"Bəzən mətbuatda, KİV-də Qərb ölkələrinə qarşı qərəzli mövqe ilə bağlı yazılar qarşımıza çıxır. Lakin Azərbaycan heç bir vəclə qərb ölkələrinə qarşı xarici siyasətini formalaşdırmır. Bu tamamilə yalnış fikirlərdir."
Bunu Olaylar.az-a politoloq İlyas Hüseynov açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın əksər Qərb ölkələri ilə geniş və artan templə davam edən münasibətləri var. Bu münasibətlər çox şaxəli xarakter daşıyır. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, Avropanın qabaqcıl ölkələri ilə siyasi-iqtisadi, humanitar münasibətlər qurub.
" Həmin münasibətlər hər keçən gün,artan templə inkişaf edir. Azərbaycan Avropa İttifaqı arasında da mühüm münasibətlər var. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa məkanının enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətlərdən biridir. Regional, eləcə də qlobal sahədə enerji təhlükəsizliyinin qorunması istiqamətində tövhələr vermiş dövlətdir. Eyni zamanda , Azərbaycan Qərb ölkələrində ölkəmizə qarşı fəaliyyət göstərən və radikal mövqedən çıxış edən Erməni lobbisi, eləcə də onun təsjri altına düşən siyasətçilərə qarşıdır. Avropada bəzi korrupsiyalaşmış siyasətçilər, deputatlar, rəsmlər vardır ki, onlar qərəzli mövqedən çıxış edir, ikili standartlar siyasətini dəstəkləyir. Bütün bunlar qəbul olunan deyil. Çünki Azərbaycan regionda proqmatik siyasət yürüdür. Bütün səyləri ilə sülh, əmin-amanlıq çərçivəsində, əməkdaşlığın qurulmasında çıxış edir. Son dövrlər ölkəmizin sülh çağırışları Avropa dairələri tərəfindən də dəstəklənir. Mayın 22-də Avropanın siyasi paytaxtı Brüsseldə keçirilən sülh gündəliyinə uyğun olan görüş də, bunu təsdiqləyir. Avropa İttifaqı şurasının prezidenti Şarl Mişel regionu yaxşı tanıyır və regionda olan problemlərin həll olunması istiqamətində səylərin birləşdirilməsinin tərəfdarıdır. Ermənistan sülh müqaviləsinin imzalanması resmi Bakının siyasi gündəliyinə daxildir. İqtisadi nəqliyyat əlaqələrinin bərpa olunması, sərhədlərin delimitasiyası, bu xüsusda kompleks məsələlərin həll olunması, 3 raund keçirilmiş Brüssel görüşlərinin əsas mahiyyətini təşkil edir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ümumilikdə dünyada gedən proseslərə təsir göstərən güc mərkəzidir. Azərbaycanın Cənubi Qafqazda aparıcı geosiyasi aktr kimi çıxış etməsi, Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətləri, strateji səviyyəyə yüksəldir. Regionunun inkişaf baxımından ən aparıcı dövləti olan Azərbaycan, Avropa İttifaqının maraq dairəsindədir və Azərbayc anla Qərb ölkələri arasında enerji sahəsində aparılan əməkdaşlıq strateji əhəmiyyəti ilə seçilir. Ona görə də, Ermənipərəst qüvvələrin ölkəmizlə Avropa dövlətləri arasında əlaqələri pozmaq istiqamətində fəaliyyəti də öz nəticəsini verməyəcək. Azərbaycanla Avropa dövlətləri arasında olan münasibətlər möhkəm təməl üzərində dayanıb və sarsılmazdır.
Mehriban Xəlilli