Deputatımız AŞPA-nın komitə iclaslarında iştirak edib

Fransanın Paris şəhərində  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın sədrliyi ilə AŞPA-nın Uşaqlar üzrə alt komitəsinin iclası keçirilib. Olaylar xəbər verir ki. tədbirdə "AŞPA-nın təklif etdiyi uşaqların müdafiəsi siyasəti", "Uşaqların iştirakı üzrə Baş Məruzəçinin səlahiyyətlərin təsdiqi" və digər məsələlər müzakirə olunub. 
Daha sonra AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında "Peyvənd tərəddüdləri: əsas ictimai sağlamlıq problemi",  "Covid-19 pandemiyasına qarşı mübarizənin yetkinlik yaşına çatmayanların və gənclərin psixi sağlamlığına təsirinin nəzərə alınması", "Sənədsiz işçilərin sağlamlığı və sosial müdafiəsi", "Təhlükəsiz tibbi təchizat zəncirlərinin təmin edilməsi" və digər mövzular müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31