İran Prezidenti İlham Əliyevi səfərə dəvət etdi
19 May 2022 20:59 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev İrana səfərə dəvət olunub.
Olaylar.az bildirir ki, səfirlikdən verilən məlumata görə, bu fikir Tehranda İran Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə səsləndirilib.
Belə ki, İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31