Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?
19 May 2022 14:34 Siyasət"İrəvan ölkədə müxalifətin etirazlarını yatırmaq üçün KTMT-nin kollektiv qüvvələrinin göndərilməsi ilə bağlı təşkilata müraciət etməyib".
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra deyib.
"Bu, tamamilə yalan məlumatdır", - deyə Qriqoryan söyləyib.
Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən etibarən paytaxt İrəvanda və ölkənin digər ərazilərində Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə etiraz aksiyaları keçirir.
azerbaycan24
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31