“Rusiya taxıl müharibəsinə başlayıb” –Almaniya XİN rəhbəri

"Rusiya Ukraynaya qarşı təkcə tankların, raket və bombaların köməyi ilə müharibə aparmır. Aclıq təhlükəsi də eyni dərəcədə ölümcül silahdır".

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda xarici işlər nazirlərinin görüşündə deyib.

"Rusiya bu müharibədə başqa bir dəhşətli, lakin daha sakit silahdan istifadə edir - aclıq və məhrumiyyət", - Berbok əlavə edib. O, Rusiyanı qlobal ərzaq böhranını qızışdırmaqda ittiham edib: "Ukrayna limanlarını mühasirəyə almaqla, avtomobil və dəmir yollarını, fermerlərin tarlalarını məhv etməklə Rusiya qlobal ərzaq böhranına təkan verən taxıl müharibəsinə başlayıb".

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31