Fransada erməni diasporunun fiaskosu- Makron ona edilən xəyanəti İrəvana bağışlamayacaq

Həftə sonu Fransada növbəti prezident seçkiləri keçirildi. Hazırkı dövlət başçısı Emmanuel Makronun da qatıldığı seçki mübarizəsinin gərgin atmosferdə keçəcəyi istisna edilmirdi.  Çünki bu dəfəki seçkilər həm prezidentliyə namizədlərin sayı, həm də seçki elektoratının rəngarəngliyi baxımından seçilirdi. Belə ki, seçkilərdə həm sağçı, həm millətçi, həm də belə demək mümkünsə demokrat namizədlər mübarizə aparırdı. Bu seçkilər həm də bədnam qonşularımızın ikinci vətəni sayılan Fransada yaşayan ermənilərin səslərin parçalanması ilə də yadda qalırdı. Məlumat üçün qeyd edək ki, Fransada keçirilən istər prezident, istərsə də Senata seçkilərdə bir qayda olaraq bu ölkədə yaşayan ermənilər özləri üçün müyyənləşdirdiyi vahid namizədə və vahid partiyaya səs verərdilər. Yaxın tariximizdə keçirilən bütün seçkilərdə biz bu tendensiyanı müşahidə etmişik. Ancaq bu dəfə seçkilər öz fərqliliyi ilə seçildi. Belə ki, Fransanın erməni seçiciləri arasında namizədlər arasında sözün həqiqi mənasında ikitirəlif, fikir ayrılığı yarandı. Fransanın erməni diasporunun bir qismi hazırkı dövlət başçısı Emmanuel Makronun namizədliyini dəstəkləyib, ona səs verdiyi halda, digər bir qism isə prezidentliyə namizədlərdən olan və seçki təbliğatı dövründə Qarabağa qeyri-qanuni səfər edən V.Pekresə səs verməyi üstün tutdu. Əslində hər iki namizədin Ermənistan dövləti və erməni xalqı üçün böyük faydaları toxunmuşdu. Makron İkinci Qarabaö savaşında ermənilərdən daha çox ermənilik nümayiş etdirib Azərbaycana qarşı Avropada diplomatik sahədə ikinci cəbhə açmağa çalışdığı, 44 günlük Vətən müharibəsində rəsmən Ermənistan dövlətini müdafiə edib onu məhv olmaqdan xilas etdiyi halda, Pekres Azərbaycan ərazilərini işğal etmiş və burada qeyri-qanuni silahlı dəstə yaradaraq separatçılıqla məşğul olan Araiklə həmrəylik nümayiş etdirmişdi. Hətta yaxın tariximizdə, hətta seçki təbliğat və təşviqatından əvvəlki illərdə də Pekres Qarabağdakı separatçı rejimlə yaxın əlaqələr qurmuş və qondarma qurumun istər Fransada, istərsə də digər ölkələrdə tanınması üçün sərsəm fəaliyyətlərlə məşğul olmuşdu. Ona görə də, Fransadakı erməni diasporunun namizədlər arasında seçim etməkdə çətinlik çəkməsi başadüşülən idi. Bütün halda isə Fransadakı seçkilərini bu ölkədəki erməni diasporu üçün fiasko da hesab etmək olar. Belə ki, erməni diasporunun dəstklədiyi namizədlərdən heç birinin ssəsvermənin birinci turunda qalib ola bilməməsi öz növbəsində Fransadakı ermənilərin zəifləməsi, artıq bu ölkənin siyasi həyatına o qədər müdaxilə edə bilməmələri kimi xarakterizə edilir.

Artıq seçkilərin arxada qaldığı və ilk turda namizədlərdən heç birinin lazım olan səsi toplaya bilmədiyi məlumdur.  Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki,  seçki bülletenlərin 100 faizi hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron səslərin 27,84 faiz, onun ən yaxın izləyicisi Marin Le Penin isə 23,15 faiz səs topladığı məlum olub. Seçkilərin ikinci turunda Makronun ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen ilə mübarizə aparacağı bildirilir. Seçkilərin birinci turunun başa çatmasından dərhal sonra yerli sosioloji sorğu mərkəzləri ikinci turda kimin daha üstün olacağına dair araşdırma aparıblar. Nəticələrə görə, seçkilərin ikinci turunda da Emmanuel Makronun qələbə çalmaq şansı çoxdur.

Seçkilərin ikinci turunda Emmanuel Makronun prezident seçilməsi həm Fransadakı erməni diasporu, həm də Ermənistan dövlətinə "sürprizlər" vəd edə bilər. Belə ki, Makron prezident seçiləcəyi təqdirdə onun rəqibi olan Pekresə qucaq açan Ermənistan hakimiyyəti ilə münasibətlərə yenidən nəzər salacağı ehtimal edilən varinatlar sırasındadır. Çünki təkcə Ermənistan hakimiyyəti deyil, bütün dünya bilir ki, İkinci Qarabağ savaşında Makron bədnam qonşularımızın qalxanı rolunda çıxış edirdi. Bunun qarşılığında ermənilərin Makronun rəqibi Pekresi Ermənistana dəvət etməsi, onun Qarabağa qeyri-qanuni səfərini reallaşdırması Yelisey sarayının rəhbəri tərəfindən normal qarşılanmayacaq. Daha dəqiq desək Makron bu səhvi İrəvana bağışlamayacaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31