İlham Əliyevin sosial siyasətinin ali məqsədi vətəndaşıların üstün rifahının təmin olunmasıdır

Ötın 4 ildə vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində inqilabi addımlar atılıb

Azərbaycanda həyata keçirilən sosial siyasət hər bir vətəndaşın rifah halının yüksəlməsinə hesablanıb. Elə bu məqsədlə də ölkədə çoxsaylı sosail paket reallaşdırılır. Prezident İlham Əliyev tərəfindən irəli sürülərək təsdiq edilmiş sosial paketlərin icrasına hələ 2018-ci ildən start verilib. Belə ki, dörd il əvvəl, 2018-ci ilin aprelində ölkəmizdə keçirilən seçkilərdə cənab İlham Əliyevin ölkə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun, respublikada bütün sahələrdə, o cümlədən sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə şərait yaratdı. Dövlət başçısının tapşırıqları ilə 2018-ci ildən Azərbaycanda başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində inqilabi addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reaabilitasiya və sosial sahənin digər sektorları üzrə ötən 4 illik bir dönəmdə ciddi irəliləyişlərə imkan verdi. Bununla kifayətlənməyən dövlət başçısı ölkə vətəndaşlarının sosial durumunun maksimum həddə çatdırılması məqsədilə xeyli sayda fərman və sərəncamlar imzalayıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin ali məqsədi vətəndaşının üstün rifahı ilə müəyyən olunur. Məhz bunun nəticəsidir ki, dövlət başçısı 800 mindən çox insanı əhatə edən problemli kreditlərin həlli ilə əlaqədar dünyada bənzəri olmayan fərman imzalanıb. Eyni zamanda, dövlət bu istiqamətdə ardıcıl və sistemli tədbirləri davam etdirir. Aprelin 1-dən artıq qüvvəyə minən əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam da məhz buna əyani misaldır. 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə prezident təqaüdlərinin, orta hesabla 100% artırılması, dövlətin üstün sosial siyasət kursunu sübut edir. Məzh həyata keçirilən sosial siyasət nəticəsində minimum pensiyaların qaldırılması 230 min əhalini əhatə etmişdi. Minimum əmək haqlarının qaldırılması isə 600 min adama şamil olunmuşdu. Belə ki, 400 min insan dövlət sektorunda çalışanlar, 150 mini  özəl sektorda çalışanlardı. Müavinətlər təqribən 600 min adamı əhatə etmişdi. Ümumilikdə sözügedən islahatlar nəticəsində 3 milyondan artıq vətəndaşın  həyatı yaxşılaşdırılmışdı. Görülən tədbirlər Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır", "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır" fikrilərinin bariz təzahürüdür.

Məlum olduğu kimi əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Xatıladaq ki, 2018-ci il aprelində ölkə Prezidentinin seçildikdən sonra imzaladığı ilk - 19 aprel 2018-ci il tarixli Fərmanın məhz şəhid ailələrinə dəstəklə bağlı olub. Həmçinin 2019-cu ilin yanvar ayında imzalanan Fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi. Nəticədə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının -12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu. Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə  4400 manat) ilə təminatını nəzərdə tutur və bu prosesə də yaxın vaxtlarda başlanacaq. Eyni zamanda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarixi Zəfər əldə etdiyi, torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edildiyi  44 günlük  Vətən müharibəsində iştirak edən şəxslərə "Müharibə veteranı" adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Şəhid ailələrinin və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması da daim prezident İlham Əliyevin diqqət mərkəzində olub. Belə ki, dövlət başçısının sərəncamlarının icrası nəticəsində ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Eyni zamanda, dövlət başçısının 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam edir. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib. Bütün bunlar həmdə onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev daim öz vətəndaşının yanındadır və onların sosial rifah halının yüksəlməsini prioritet hesab edir. Qətiyyətlə demək olar ki, ölkə başçısının həyata keçirdiyi uğurlu sosial siyasətin müsbət nəticələrini hər bir vətəndaş hiss etməkdədir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31