Putin FSB-də “təmizləmə” həyata keçirib: 150 zabit “qara siyahı”ya düşüb
11 Aprel 2022 14:24 SiyasətRF Prezidenti Vladimir Putin FSB-də "təmizləmə" həyata keçirib.Bu barədə "Bellingcat"ın araşdırmaçı jurnalisti Xristo Qrozev bildirib.Onun sözlərinə görə, Ukrayna məsələsi ilə məşğul olan 5-ci xidmətin 150 zabiti "təmizləmə"yə düşüb."Deyə bilərəm ki, onların əhəmiyyətli bir hissəsi həbs olunmasa da, daha FSB-də işləməyəcək. Beləliklə, "təmizləmə" aparılması xəbəri dəqiqdir. Bir neçə günə ümid edirəm ki, biz bu insanların taleyi ilə bağlı yeni nəsə dərc edə biləcəyik", - deyə Qrozev əlavə edib.O, həmçinin FSB-nin 5-ci xidmətinin keçmiş rəisi, general-polkovnik Serqey Besedanın həbs olunduğunu təsdiqləyib.Bundan əvvəl jurnalist Andrey Soldatov Besedanın istintaq təcridxanasına göndərildiyini bildirmişdi. Soldatovun sözlərinə görə, general-polkovnik mart ayında həbs edilib, sonra isə Lefortovoya köçürülüb. Besedanın işinin İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində araşdırıldığı vurğulanıb.
Mənbə: ZN,UA
oxu.az