Yaralı ukraynalıları Almaniyaya daşımaq üçün xüsusi reys hazırlanır
11 Aprel 2022 12:32 SiyasətBundesver (Almaniya Silahlı Qüvvələri) yaralı ukraynalıları Almaniyaya daşımaq üçün xüsusi reys hazırlayır.
Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Airbus A310 MedEvac" təyyarəsi Kölndən (Şimali Reyn-Vestfaliya federal bölgəsi) Polşanın cənub-şərqindəki Jeşuv şəhərinə uçmalı və oradan uşaqları və böyükləri müalicə üçün Almaniyaya çatdırmalıdır.
Bu müharibə başlayandan bəri ilk belə uçuş olacaq. Halbuki əvvəllər yaralı ukraynalı əsgərlər müalicə üçün artıq Almaniyaya gətirilirdi.
Hazırda Almaniyada Ukraynadan olan 300 mindən çox qaçqın rəsmi qeydiyyatdadır.
Mənbə: TASS
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31