Milli Məclis 4 məsələ üçün yığışacaq

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb. "Olaylar"ın məlumatına görə, parlamentin iclası aprelin 12-də keçiriləcək. İclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31