Le Pen: “Bütün fransızların prezidenti olmaq istəyirəm”

"Bu prezident seçkiləri kampaniyası zamanı hamıya faydalı olmaq və birbaşa sizə müraciət etmək üçün partizan mövqe tutmamağa qərar verdim. Mən bunu davam etdirəcəyəm, əgər siz ikinci turun nəticələrinə dair qərar versəniz, istisnasız olaraq bütün fransızların prezidenti olacağam".

Bunu Fransada ultra sağçı Milli Birlik Partiyasının lideri, prezidentliyə namizəd Marin Le Pen bəyan edib.

O, ilk turda hazırkı prezident Emmanuel Makrona səs verməyənlərin hamısını gələcəkdə ona səs verməyə çağırıb.

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31