"Slava Ukrayna" dedi, özünü partlatdı - Ukraynalı zabitin qəhrəmanlığı
10 Aprel 2022 20:56 SiyasətMariupolda Rusiya qüvvələrinin hücumunun qarşısını alan Ukrayna sərhəd qoşunlarının yüksək rütbəli zabiti qəhrəmancasına həlak olub.
Unian xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, zabit mühasirəyə düşüb və yaralanıb. O, radiostansiyanın düşmən əlinə keçməməsi üçün özünü partladıb. Zabitin son sözləri belə olub: "Ukraynaya şöhrət!" ("Slava Ukrayna")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31