Lavrov sonda Allaha üz tutub

Deyəsən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iki il bundan qabaq ATƏT-in Minsk Qrupu ilə fəaliyyətinin bitirməsi ilə bağlı verdiyi proqnoz artıq həyata keçir və bunu hətta Rusiyanın Xarici İşlər Naziri, diplomatiya sahəsində özünəməxsus imic qazanmış Sergey Lavrov belə etiraf etməyə məcbur olub. Budur Azərbaycan Respublikası Prezidentinin hadisələri bir neçə il qabaqcadan görə bilməsinin sübutu.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanla aprelin 8-də keçirdiyi görüşdən sonra mətbuat konfransı zamanı jurnalistlərin ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyəti barədə ünvanladığı suala cavab verərkən səsləndirdiyi fikirlər dediyimizi sübut edir. Onun bildirdiyinə görə ATƏT-in Minsk Qrupunun bundan sonra nə ilə məşğul olacağı barədə Rusiyanın məlumatı yoxdur. Çünki, digər həmsədrlər-Amerika Birləşmiş Ştatları və Fransa başqa  beynəlxalq təşkilatlarda- Avropa Şurası, İnsan Hüquqları üzrə BMT-nin Ali Komissarlığı, G20 - olduğu kimi burada da Rusiyanı kənarlaşdırıblar. Lavrov bunun  erməni tərəfinin maraqlarının pozulması ilə müşayiət olunacağına da eyham vurub ki, ermənilər Rusiyadan daha bərk yapışsınlar və onu Minsk Qrupundan uzaqlaşdırmağa qoymasınlar:

"Əgər onlar ( ABŞ və Fransa) mövcud şəraitdə erməni tərəfinin mənafeyini qurban verməyi düşünürlərsə, bu onların işidir" - deyə Lavrov bildirib. Sonda, Rusiya Xarici İşlər Naziri Amerika Birləşmiş Ştatları və Fransanı bu məsələdə günahkar sayaraq onları Allaha tapşırıb: " Biz belə olmasını istəməzdik. Əgər ABŞ və Fransa belə hərəkət etməyi qarşılarına məqsəd qoyublarsa , necə deyərlər "Allah cəzalarını versin" .
Çox maraqlıdır görəsən Azərbaycan torpaqları 30 il müddətində erməni qaniçənlərinin işğalı altında qalanda Allah Lavrovun yadına düşürdümü görəsən.
Digər tərəfdən Rusiyanın az qala ikinci adamı hesab olunan Xarici İşlər Naziri Sergey Lavrovun indiki şəraitdə Allahdan yardım istəməsi  Rusiyanın taleyinin elə Allaha qalması fikrini yaratmırmı? Bilmirəm bəlkə də Necə deyərlər - " Allah bilər".

Əlimusa İbrahimov
Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31