"Azad edilmiş ərazilərdə tapılan meyit qalıqları müayinə edilir"
9 Aprel 2022 11:46 SiyasətAzərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqdan gələn meyit qalıqları Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyində müayinələrdən keçirilir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, bu prosesə tələb olunan bütün avadanlıqlar və təlimlərdən keçən mütəxəssislər cəlb olunub.
"Bu barədə daha ətraflı məlumat yəqin ki, proses yekunlaşdıqdan sonra məlumat veriləcək", - deyə nazir bildirib.
Qeyd edək ki, kütləvi məzarlıqlar Xocalı rayonunun Fərrux kəndində, Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli kəndi yaxınlığında, Füzulidə tapılıb və onların sayının artması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31