Xarici işlər naziri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
8 Aprel 2022 19:43 Siyasət8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.
Olaylar.az bildirir ki, Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31