"ABŞ və Fransa ATƏT Minsk qrupunda Rusiya ilə əməkdaşlıqdan imtina edib"
8 Aprel 2022 16:18 SiyasətABŞ və Fransa Qarabağla bağlı ATƏT Minsk qrupunun həmsədrliyi çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyəti və ya gələcəyi ilə bağlı danışsaq, mən onun taleyinin necə olacağını bilmirəm. Çünki bizim bu qrup üzrə fransalı və amerikalı tərəfdaşlarımız bizimlə heç bir formatda əlaqədə olmayacaqlarını bildirməklə ATƏT Minsk qrupunun həmsədrlər üçlüyünü də ləğv ediblər", - S.Lavrov deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31