MVP: “Brüssel görüşündə müzakirə edilən məsələlər və əldə olunan razılaşmalar Azərbaycanın maraqlarına uyğundur”

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüş ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin diplomatik müstəvidə təsdiqi və bu qələbənin möhkəımləndirilməsi deməkdir. Brüssel görüşü eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın Avropa tərəfindən də qəbul edilməsi və bu reallığa uyğun addımların atıldığının göstəricisidir. Bu həm də Azərbaycan diplomatiyasının növbəti uğuru deməkdir".

"OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşə dair yaydığı bəyanatda yer alıb. Partiya hesab edir ki, həm hərbi, həm də diplomatik müstəvidə Azərbaycanın əldə etdiyi uğurlar ilk növbədə Prezident İlham Əliyevin  Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir.  Görünən odur ki, artıq Avropa İttifaqı da Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Ümumilikdə, Azərbaycan dövlət başçısının düşünülmüş siyasəti, eyni zamanda siyasi-diplomatik öz bəhrəsini verir".

Milli Vəhdət Partiyası hesab edir ki, Brüssel görüşündə müzakirə edilən məsələlər və əldə olunan razılaşmalar Azərbaycanın maraqlarına uyğundur. Partiyanın qənaətincə, hər şeydən öncə Brüsseldə keçirilən üçtərəfli görüşdə "Dağlıq Qarabağ" ifadəsi və ATƏT-in Minsk qrupunun həmsədrlərindən söhbət açıqlmaması, bu lazımsız, fəaliyyəti dövründə heç bir əməli işi olmayan instituta istinad edilməməsi də onu deməyə əsas verir ki, artıq Avropada da Qarabağ münaqişəsinin bitdiyi reallığını qəbul edirlər: "Münqaişə həll olunusa, deməli ATƏT-in Minsk qrupu adlı təsisata da artıq heç bir ehtiyac qalmayıb. Ona görə də Brüssel tərəflər arasında münaqişədən sonra regionda yaranmış yeni geosiyasi reallığıa uyğun münasibətlər formalaşdırmağa, Cənubi Qafqaza sözün həqiqi mənasında sülh gətirməyə çalışır. Çünkiregionda sülh və sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması Bakı ilə yanaşı Brüsselin, ümumilikdə Avropanın maraqlarına uyğundur.  Səbəb isə ondan ibarətdir ki, gərginləşən Rusiya-Avropa münasibətləri fonunda Azərbaycanın dünyada, eləcə də Avropada rolu, mövqeyi artır, onun enerji təhlükəsizliyində rəsmi Bakının nə dərəcədə önəmli faktor olduğu ehtiyacı daha çox hiss edilir".

MVP hesab edir ki, Brüssel görüşü Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına olan əminliyi artırır: "Brüssel görüşünün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması qərara alındı. Bu məqsədlə tərəflər arasında işçi qrupu yaradılacaq. Artıq məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür".

Partiyanın bəyanatında o da vurğulanır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması işğaldan azad edilən ərazilərdə qurucluq-abadlıq işlərinin geniş vüsət almasına da təkan verəcək: "Çünki Avropa İttifaqı tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işləri üçün Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Bütün bunlar isə Qarabağda yeni bir həyatın canlanmasına gətirib çıxaracaq. Sərhədlərin delimitasiya və demarkasiyası məsələsinin tezliklə reallaşması ilə Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31