Vitse-spiker: "Əks halda Ermənistan dəmir yumruq altında sülh sazişinə imza atmalı olacaq"

"Brüssel görüşünü  Azərbaycan Prezidenti cənab İlham Əliyevin  Ermənistan baş naziri Paşinyanla görüşünü son illərdə keçirilən ən uğurlu diplomatik görüşlərdən biri  kimi qiymətləndirmək olar". "Olaylar" xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.Vitse-spiker deyib ki, qeyd edəcəyim fikirlər diplomatik qələbənin əyani sübutudur."Birincisi, görüşdə  Brüssel danışıqları Azərbaycanın sülh sazişi ilə bağlı təklif etdiyi  5 bəndlik baza prinsipi əsasında aparılıb. Bu onu deməyə əsas verir ki, danışıqlarda Azərbaycanın mövqeyi nəzərə alınır və gündəliyi o müəyyənləşdirir. İkincisi,  görüşün yekunu olaraq  Aİ Şurası prezidenti Şarl Mişel tərəfindən səsləndiirlən bəyanatda  Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlər olmadı. Əvvəlkindən fərqli olaraq bu dəfə bəyanatda sülhyaratma  prosesi ilə bağlı ikibaşlı ifadələrə yer verilmədi. "ATƏT-in Minsk qrupu və onun rolu", "Dağlıq Qarabağ", "status" kimi ifadələr işlədilmədi. Bu və digər məqamlarına görə görüşün nəticələri Azərbaycan üçün diplomatik cəhətdə uğurludur"- vitse-spiker  qeyd edib.

Görüş zamanı əldə edilən razılaşmaları diplomatik qələbənin nəticəsi  hesab edən F. İbrahimli  bildirib ki, burada xüsusən sülh müqaviləsi üzərində işlərin davam etdilməsi, Birgə Sərhəd Komissiyasının yaradılmasını qeyd edə bilərik. Bu məsələ ciddi şəkildə ortalığa qoyulub: "Soçi bəyanatında komissiyanın nə zaman yaradılması məsələsində qeyri-müəyyənlik vardısa, burada  məsələ konkretləşdirilib və aprelin sonunadək formalaşdırılması nəzərdə tutulur.  Bu da gələcəkdə  iki dövlətin üz-üzə oturub  digər məsələlərin həlli istiqamətində müzakirələr aparmağa rəvac verəcək. Ümumiyyətlə 4 saatdan artıq davam edən gərgin müzakirələr və bəyanatın nikbin notlar üzərində qurulması Azərbaycanın xeyrinə ciddi nəticələr əldə edilməsi kimi qiymətləndirmək olar. Digər xüsusi məqam isə Ermənistan-Azərbaycan münaqişəsinin həllində xüsusi rol oynayan  Rusiya ilə konfrnatasiyanın yaradılmamasına imkan verilməməsidir. Belə ki,  bəyanatda  10 noyabr 2020-ci il və Soçi bəyanatında əldə edilən razılşamların icrasının əks olunması  diqqət çəkən məqamdır".

Vitse-spiker onu da əlavə edib ki, Azərbaycanın əsas niyyəti bölgədə sülhün, sabitliyin və  bütün iştirakçı tərəflərin faydasına olan regional əməkdaşlıq formatlarının yaranmasıdır: "Ona görə də problemlərin həll olunmasını istəyir. O baxımdan görüşün nəticələrinin ümumiləşdirərək demək  olar ki,  haqq nazilir amma üzülmür.  Bu gün  Ermənistan  çox çətin durumdadır.  Fikir verin Paşinayanın Brüsselə  səfəri ərəfəsində İrəvanda revanşist qüvvələr baş qaldırmağa başladı. Bu revanşistlər haranın  sifarişi ilə ayağa qalxdı. Təbii ki, onlar bölgədə sülhün, sabitliyin yaranmasına maraqlı olmayan xarici qüvvələrin sifarişini icra edirlər.

Biz eyni zamanda siyasi hakimiyyətdə olan zaman ermənilərin canını boğaza yığmış köçəryanların, sərkisyanların meydana çıxdığının şahidi olduq. "Mən də varam" prinsipi ilə təbliğatlarını aparır. Onların bu cəhdinə baxmayaraq geniş erməni ictimaiyyəti tərəfindən dəstəklənmirlər. Çünki sadə ermənilər onlardan bezib. Məhz  ona görə də müharibədə ağır məğlubiyyətə uğramasına baxmayaraq yenidən Paşinyanın hakimiyyətdə qalmasına etimad göstərdi. Hitlerin bir sözü var deyir: "Pis  adamlar görəndə itə hörmətim artır".  Bu mənada  erməni xalqı da həmin sərkisyanlara, köçəryanlara dəstək vermək istəmir. Digər tərəfdən isə ermənilər də həmin şəxslərin  hansı xarici qüvvələr tərəfindən idarə olunduğunu və sifarişlərini icra etdiklərini yaxşı bilirlər. Amma unudurlar ki, zaman onların ziyanına işləyir və artıq  manevr imkanları yoxdur. Ermənistanın yeganə çıxış yolu isə  sülh sazişi imzalayıb, iqtisadiyaytını inkişaf etdirməlidir. Əks təqdirdə Ermənistan dəmir yumruq altında rəzil gündə sülh sazişinə imza atmalı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31