ATƏT Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayıb
7 Aprel 2022 22:56 SiyasətATƏT Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurasının himayəsi altında görüşünü alqışlayır
Olaylar.az bildirir ki, bu barədə Polşa Respublikasının ATƏT yanında daimi nümayəndəliyi "Twitter" hesabında yazıb.
Qeyd edilir ki, ATƏT tərəflər arasında mümkün sülh razılaşması istiqamətində prosesin başlanması, eləcə də Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün səylərdə kömək etməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31