Milli Məclisin komitələrinin Şuşada iclası keçiriləcək
7 Aprel 2022 20:02 SiyasətMilli Məclisin deputatları Qarabağa səfər edəcək.
Olaylar.az xəbər verir ki, 7 aprel 2022-ci il Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçiriləcək.
İclas Şuşa şəhəri Qarabağ hotelində baş tutuacaq.
İclasın gündəliyinə 2 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1."Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.
2. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Valyuta tənzimi haqqında" qanunda dəyişiklik edilməsi haqqında" qanun layihəsi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31