Ermənistanın şərtləri qəbul edilmədi
7 Aprel 2022 13:10 Siyasət"Brüssel görüşündə yazılı deyil, şifahi razılaşmanın əldə olunmasi ciddi nəticə olmasa da həlledici bir mərhələnin başlanğıcıdır". Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, demək olar ki, sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiya bu ayın axırına kimi yaradılmalıdır: "Ermənistanın bu günə kimi təklif etdiyi delimitasiya və demarkasiya komissiyasinda üçüncü tərəfin olması qəbul edilmədi. Azərbaycan tərəfi daima ikitərəfli birgə komissiyanın yaradılmasında maraqlı olub. Rusiya tərəfi isə, daima bu prosesdə yer almağa çalışır. Ermənistan tərəfi praqmatik siyasət ortaya qoyması tezliklə mümkün deyil. Qarabağ və Minsk qrupu məsələsinin bəyanatda yer almaması irəliyə doğru addımdır. Demək olar ki, Ermənistanın şərtləri qəbul edilmədi. Ötən il Brüssel və Soçi razılaşmalarının yerinə yetirilməsi razılaşdırılıb. Danışıqlarda silahlı erməni birləşmələrinin çıxarılmaması müzakirə predmeti olubsa, məlumat verilmədi. Görünür, bu prosesdə razılaşma yoxdursa, toqquşmalar mümkün ola bilər. Ümumiyyətlə, Ermənistan razılaşmalara əməl etməyəcəksə, Avropa İttifaqı Yerevana təzyiqlər edə bilər. Rusiya da prosesi pozmağa çalışacaq. Azərbaycan bə Ermənistan XİN rəhbərliyi Rusiyada görüşə bilər. Rusiya çalışacaq ki, bundan sonrakı prosesi aparsın. Bakı Moskvanın vasitəçiliyindən narazıdır. Çünki, Moskva sülhə deyil, idarəolunan münaqişənin davamlı olmasını təşviq edir".