Brüssel görüşündə nə baş verdi?

"Brüssel görüşü sülh proseslərini daha da intensivləşdirdi. Yəni, iki tərəf arasında müqavilə imzalanmadı, ancaq xarici işlər nazirilərinə bu barədə göstərişlər veriləcək". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Elman Vəliyevin sözlərinə görə, qarşı tərəf Azərbaycanın şərtlərinin əksəriyyətini qəbul etdi. "Dağlıq Qarabağ " ifadəsi işlədilmədi və bu ifadə aktuallığını itirmiş oldu. 10 noyabr, 11 yanvar, 26 noyabr bəyanatların müddəaları yerinə yetiriləcək: "Tərəflər nəqliyyat yollarının açılması, kommunikasiya sistemlərinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyasını yaxın zamanlarda həll etməyə çalışacaqlar. Görüşün uzun müddət çəkməksi normaldır. Rəhbərlərin uzlaşmadığı məqamlar da var. Bu məqamlardan biri də qondarma respublika və onun  illeqal ordusudur. Azərbaycan tərəfi bu qüvvələrin çıxarılmasını tələb etsə də, İrəvan buna soyuq yanaşır. İki tərəf arasında rəsmi sülh müqaviləsinin bağlanmasında  Kremlin vasitəçiliyi də mühüm yer alar deyə düşünürəm. Brüssel görüşündən sonra top Kremldədir. Moskva tərəflərlə mütləq ki, görüş keçirdəcək!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31