Azərbaycanın Ali Baş Komandanının növbəti zəfəri

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş Azərbaycanın haqlı mövqeyinin ifadəsi olmaqla yanaşı bir sıra amillər baxımından uğurlu və məhsuldar oldu.  Ən əsası odur ki, Azərbaycanın irəli sürdüyü 5 maddəlik baza prinsipi əsasında müzakirələrin aparıldığı görüş zamanı "Qarabağ münaqişəsi" ifadəsi işlənmədi.

Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü birmənalı olaraq müsbət qiymətləndirilir və tərəflər arasında sülhün əldə olunmasında irəliyə doğru atılmış daha bir addım kimi xarakterizə olunur. Milli Məclisin deputatı Sədaqət Vəliyeva Brüssel görüşü barədə fikirlərini bölüşərkən deyib ki, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Şarl Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin məhz bu görüşdən başladığını  bildirməsi bir daha görüşün Azərbaycanın maraqlarının təmin olunması baxımından səmərəli keçdiyinin ifadəsidir: "Verilən açıqlamalarda aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması, iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsinin də razılaşdırıldığı qeyd olundu. Eyni zamanda Avropa İttifaqı  tərəfindən dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımların dəstəklənməsi, rəsmi Bakının irəli sürdüyü 5 baza prinsipindən biri olan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində də müsbət irəliləyişlərin əldə olunduğunu göstərir.  Bütün bu amillər ölkə başçımızın cənab İlham Əliyevin apardığı müdrik xarici siyasətinin nəticəsi olmaqla yanaşı Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsidir".

Görüş öncəsi maraq doğuran əsas məsələlərdən biri də İrəvanda müxalifətin mitinq keçirməsi oldu. Brüssel görüşü öncəsi keçirilən, şou xarakteri daşıyan mitinq bir daha Ermənistanın pozuculuq və regionda sülhə təhdid siyasətinin göstəricisidir - deyən Sədaqət Vəliyeva əlavə edib ki,  xüsusi olaraq qeyd etmək lazımdır ki, ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyana telefon zəngi edib. Telefon zəngi zamanı İrəvanda  baş verənlərlə bağlı dərin narahatlığını ifadə edən Blinken, Paşinyana  "Qafqazda indi eskalasiya vaxtı deyil" deyə bildirib. Blinkenin bu mesajı İrəvanda ciddi təlaşa səbəb olub:  "Bu, çox ciddi bir mesaj olmaqla yanaşı. dalana dirənmiş Ermənistanın çoxüzlü və yarıtmaz siyasətinin nəticəsidi. Artıq Ermənistanın yersiz bəhanələrinə, zaman uzatmaq cəhdlərinə və revanşist siyasətinə yer qalmayıb. İqtisadi, sosial, siyasi böhranın hökm sürdüyü Ermənistanın sülh sazişi imzalamaqdan başqa heç bir yolu yoxdur".

Deputat Məlahət İbrahimqızının qənaətincə isə, görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin öz tvitter səhifəsində paylaşdığı tvitt və görüşün əhəmiyyəti haqında Bəyanatda da bildirdiyi fikirlər bir daha göstərir ki, Azərbatcan üçün çox vacib məsələlər bu görüşdə cənab Şarl Mişel tərəfindən xüsudi vurğulanıb: "Onun qeyd etdiyi kimi Azərbaycan Ermənistan arasında postmünaqişə dövründə etimad mühitinin yaradılması prosesində minalanmış ərazilərin xəritələrinin, birinci Qarabağ müharibəsində itkin düşmüş dörd min nəfər haqqında məlumatların verilməsinin, tezliklə sərhədlərin delimitasiya və demorkasiyasının müəyyənləşdirilməsi və  nəqliyyat-kommunikasiya xətlərininn fəaliyyəti çox vacibdir.  Bildiyimiz kimi qeyd edilən məsələlər davamlı olaraq müharibə bitən gündən Dövlət Başçımız, eləcə Azərbaycanın XİN rəhbərliyi tərəfindən də səsləndirilir. Hər kəs bilir ki ötən dövr ərzində təcavüzkar Ermənistan və orada hakimiyyətdə olan revanşist qüvvələr bu təkliflərin gerçəkləşməməsi üçün davamlı olaraq  müxtəlif təxribat etməyə çalışırlar". Millət vəkili hesab edir ki,  buna baxmayaraq möhtərəm Prezidentimizin titanik fəaliyyəti, müdrik, uzaqgörən və güclü diplomatiyası sayəsində Avropa İttifaqı Şurasının Prezidenti görüşün nəticəsi olaraq bu təklifləri bir daha vurğulanmış və iki ölkə arasında gələcəkdə imzalanacaq Sülh müqaviləsi üçün bu təkliflərin gerçəkləşməsinin əhəmiyyətini qeyd etmişdi: "Hesab edirəm ki, bu görüşü ümidverici və irəliyə doğru addım  adlandırmaq olar. Bir daha qeyd etmək istəyirəm ki, Aİ Şurasının Prezidenti paylaşdığı tvittində də bu görüşü çox məhsuldar olduğunu qeyd edibdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31