Bələdiyyələr şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı xeyli işlər görüblər

Post-konflikt dövründə həyata keçirilən ardıcıl tədbirlərdə Azərbaycan bələdiyyələri də yaxından iştirak ediblər. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki,  Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi, onların problemlərinin həlli istiqamətində məqsədyönlü işlər görülüb. Bələdiyyələr tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə guşələri yaradılıb, bulaqlar istifadəyə verilib, şəhidlərin anım mərasimlərinin təşkilində fəal iştirak edilib. Eyni zamanda şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində müxtəlif yardımlar olunub, onların yaşadıqları məhəllələr, küçələr abadlaşdırılıb, evləri təmir olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31