Nazirlik beynəlxalq qurumlara erməni vəhşiliyi ilə bağlı 70-dən çox məktub göndərib

Ermənistanın işğal dövründə torpaqlarımızda törətdiyi vəhşiliklər, müharibə və insanlıq əleyhinə cinayətləri, xüsusilə ərazilərimizin minalanmasının yenidənqurma işlərinə ciddi əngəl törətməsi və mülki vətəndaşlar arasında yeni qurbanlara səbəb olması dünya birliyinin diqqətinə çatdırılıb. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, bu sahədə Ədliyyə Nazirliyi tərəfindən davamlı iş aparılıb, 2021-ci ildə xarici dövlətlərin ədliyyə nazirlərinə, prokurorlarına və hakimlərinə, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin və Avropa Şurasının rəsmilərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasına, Dünya Bankına və digər qurumlara 70-dən çox məktub göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31