Elşad Hacıyev: “Postmodernizm budur?"

"Postmodernizm budur? Yeni dəb düşüb, başqa formada... Bəziləri özlərini sanki toxunulmaz elan edib".

Olaylar.az xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

"Qayda pozuntusuna görə polisin qanuni tədbir görməsindən qeyzlənib sosial şəbəkələrdə post, yaxud rəylər yazırlar. Hətta müraciətlər edilir ki, şəxsi avtomobilləri "xüsusi" işarələnməli, həmin avtomobillərə "xüsusi təyinatlı buraxılış" verilməlidir ki, polis onları dayandırmasın, radara düşməsinlər. İzah edir ki, "axı, mən filankəsəm..."" - E.Hacıyev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31