75 bələdiyyə sədri məsuliyyətə cəlb edilib
5 Aprel 2022 12:21 Siyasət"2021-ci ildə bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib". "Olaylar" xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin 2021-ci ildəki fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib. Nazir müavini bildirib ki, ötən il ərzində 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib: "Həmçinin, hesabat dövründə qanunsuz verilmiş 9.100 hektar torpaq sahəsi geri qaytarılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31