Mehriban Əliyeva Ramazan ayı ilə bağlı paylaşım etdi - FOTO
2 Aprel 2022 10:20 SiyasətBirinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması ilə bağlı "İnstagram" səhifəsində paylaşım edib.
Olaylar.az xəbər verir ki, paylaşımda deyilir:
"Gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31