Üçtərəfli razılaşmalara ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib
1 Aprel 2022 20:58 SiyasətRusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Qarabağda sabitliyin qorunması ilə bağlı fikir mübadiləsi davam etdirilib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9/10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində əldə edilmiş üçtərəfli razılaşmalarına ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib", - deyə məlumatda deyilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31