Prezident İlham Əliyev bələdiyyələrlə ilə bağlı Qanun imzalayıb

Prezident İlham Əliyev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın "Gəncə şəhəri" bölməsi aşağıdakı redaksiyada verilir:

2

Gəncə şəhəri

2.1

Kəpəz bələdiyyəsi

Cavadxan, Məhsəti, Nətavan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi

2.2

Nizami bələdiyyəsi

Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi

2.3

Hacıkənd bələdiyyəsi

Hacıkənd və Göygöl qəsəbələri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31