Hikmət Hacıyev Azərbaycanın minasızlaşdırma layihələrinə dəstəklə bağlı çağırış edib
1 Aprel 2022 13:51 Siyasət"Ermənistan bizim torpaqlarımıza milyonlarla mina yerləşdirib".
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.
"Azərbaycanda 3000-dən çox mina qurbanı qeydə alınıb. Qlobal Etimad Fondu bizim minasızlaşdırma layihələrimizə dəstək olmalıdır", - Prezidentin köməkçisi vurğulayıb.
Hikmət Hacıyev Bakıda 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı beynəlxalq konfransın keçirildiyini də diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31