Niderlandda 31 mart qurbanlari yad edilib
1 Aprel 2022 12:52 SiyasətNiderllandın Haaqa şəhərində Azərbaycan - Türk Kültür Dərnəyinin rəhbəri İlhan Askin tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirillib. Dərnəkdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, əvvəlcə 1918-ci ilin mart qırğınları zamanı oyqırıma məruz qalmış və Qarabağ müharibısində şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra şəhidlərin xatirəsinə Qurani-Kərim oxunulub və soyqırımla bağlı video-film nümayiş etdirilib.
Tədbirdə Azərbaycandan qatılan Azərbaycan Dillər Universitetinin dosenti, Azərbaycan Qaçqlnlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini fil.f.d., Həqiqət Hacıyeva çıxış edib.
O, çıxışlnda tədbir iştirakçılarına 31 mart soyqırımı, deportasiyalar və xalqımlzın başına gətirilən müsibətlər barədə geniş məlumat verib. Tədbirdə Türk - İslam Kültur Cəmiyyətinin sədri Tahsin Cətinqaya, Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova, Azərbaycan Lades Klubunun rəhbəri Kəmalə Cəlilova, Avropa Ana Vətən Qadınlar Cəmiyyətinin rəhbəri Mayisə Ağamirzəyeva, CDA partiyasından Betul Sen-Avci, Tolunay Azər, DENK partiyasından Funda İləri çıxış edib. Sonda şəhidlərimiz üçün ehsan verilib.
![]()