Bədəni ilə körpəsini doğum evində xilas edən Kiyev Madonnası- Elxan Nur Qubadlı yazır...

Bədəni ilə körpəsini doğum evində xilas edən Kiyev Madonnası.

Dünən, bombalar altında Kiyevdə doğulan körpələrin sayı 1000+ oldu.

Təbii ki, qadınların, əsas da hamilə qadınların, uşaqların, yaşlı insanların müharibə gedən yerlərdən kənarda olmaları arzuolunandır. Amma, əli silah tutanların, bir iş görə bilənlərin xüsusi təhlükə olmadan qaçmasının adı qorxaqlıqdır,- odur ki, müharibə ərəfəsində, lap ilk günlərində Kiyevi və başqa şəhərləri tərk edib, xaricdən ağıl öyrədənlər (tək milli məsələ deyil, bu yazını tərcümə ilə çoxları oxuyacaq) "ağıllı məsləhətlərini" özlərinə saxlasınlar.

"Ana olmağı seçənlər, özlərini zəif olmaq hüququndan biryolluq məhrum edirlər" (Dias de Mirud).

Ən ağır anlarda Ana beyni təbiət qanunlarını, məntiqləri inkar edir, Ana mübarizəsi mərhələsinə çevrilir.

Bütün danışıqlara qulaq asmaq mümkündür- zaman gələcək hər növ yeni qəbuledicilər (antennalar) tapacaq bəşəriyyət, kosmosa da köçəcək insanlar... amma Ananın hansı siqnallarla övladını hiss etdiyini elm tapa bilməyəcək. Çox hipotezalar, teoremlər yazacaqlar, amma axıra qədər sübut edə bilməyəcəklər bu sirri.

Əllərindən öpürəm, Kiyev Madonnası!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31