Ərdoğan Azərbaycanla bağlı protokolu təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol"u təsdiqləyib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar "Resmi Gazete"də qeyd olunub.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini ehtiva edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31