Birinci vitse-prezident Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib
31 Mart 2022 11:06 SiyasətBirinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib.
Olaylar.az-ın məlumatına görə, paylaşımda deyilir:
"Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31