Azərbaycan parlament nümayəndə heyəti Qazaxıstanda  səfərdədir

Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün  Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərə gəlib.

Olaylar xəbər verir ki, Almatı Beynəlxalq Aeroportunda nümayəndə heyətini MDB PA-nın Baş katibi Dmitri Kobitski, Qazaxıstan Parlamentinin deputatları, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin MDB PA-nın Şura iclasında çıxışı və tədbirlərdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur. 
İşgüzar səfər martın 29-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31