Rusiyanın parçalanmasından yaranan qəlpələr hansı millətləri yandıracaq?
18 Mart 2022 12:59 Siyasət"Amerika Birləşmiş Ştatları Prezidentinin Təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Brjezinski 1998-ci il Fransa qəzetlərindən birinə verdiyi müsahibədə təsdiq etmişdir ki, 1979-cu il SSRİ-nin Əfqanıstana müdaxiləsi məhz Amerika Birləşmiş Ştatlarının təhriki nəticəsində baş vermişdir. Yəni ABŞ-ın həyata keçirdiyi pərdəarxası siyasi oyunlar SSRİ-nin Əfqanıstana müdaxiləsini reallaşdırdı. Bu müdaxilənin nəticəsi kimi SSRİ-nin dağılması hamıya məlumdur". "Olaylar"ın məlumatına görə, bunu deyən politoloq Əlimusa İbrahimov qeyd edib ki, Qərbdə bunu , yəni SSRİ-nin Əfqanıstana müdaxiləsi və bu müdaxilə nəticəsində SSRİ-nin dağılmasını özlərinin ən böyük qələbəsi kim dəyərləndirirlər. Amma bu zaman hələ də yaşamaq uğrunda ölüm-dirim mübarizəsi aparan əfqan xalqını yada salan yoxdur: "Əfqanıstanı yada salmaqdan məqsədim odur ki, görəsən Rusiya-Ukrayna müharibəsi başa çatandan neçə il sonra Amerika siyasətçiləri Rusiyanın Ukraynaya hücumunda əsas tətikləyici rol oynadıqlarını etiraf edəcəklər? Rusiyanın parçalanmasından yaranan qəlpələr hansı millətləri yandıracaq və bu zaman Ukrayna xalqı nə vəziyyətdə olacaq?"