BMT rəsmisi Şuşada nələrin müzakirə ediləcəyini açıqladı
18 Mart 2022 12:48 SiyasətBu gün Azərbaycan Hökumətinin dəvəti ilə biz Şuşada postpandemiya və postmüharibə dövründə dayanıqlı inkişaf məqsədlərinə nail olmağı müzakirə edəcəyik.
Olaylar.az bildirir ki, bunu martın 18-də Şuşa şəhərində səfərdə olan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, iki panel müzakirəsində fərqli məsələlər müzakirə olunacaq.
"Azərbaycan-BMT əlaqələrinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Tədbirlərin açılışı martın 2-də olub. Bakıda şəhərin mərkəzində fotosərgi açılıb," - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31